“Mançester Siti” Haalandla müqaviləni uzatmaq istəyir
“Mançester Siti” Erlinq Haalandla müqavilənin müddətini uzatmaq istəyir. Msport.az “The Athletic”ə istinadən xəbər verir ki, 2022-ci ilin yayında İngiltərə klubuna gələn norveçli futbolçunun müqaviləsi 2027-ci ilə qədərdir.
Müqavilədə sərbəst qalmaq məbləği 150 milyon funt göstərilmişdi, bu yalnız 2024-cü ilin yayında işə düşə bilərdi. Bu bənd baş məşqçi Pep Qvardiola ilə bağlı olduğundan, onun müqaviləsi uzadılanda ləğv edilib.
İndi “şəhərlilər” Haalandla müqaviləni uzatmaq istəyirlər. Yeni müqavilənin şərtləri bəlli olmasa da, deyilənə görə, hücumçu danışıqlara hazırdır.
22 yaşlı forvard bu mövsüm İngiltərə Premyer Liqasında 28 oyunda 32 qol vurub və 5 məhsuldar öürmə verib.
ANAR







