featured-image-60047

“Mançester Siti” Erlinq Holandla müqavilənin müddətini 2034-cü ilin yayına kimi uzadıb. Msport.az xəbər verir ki, norveçli futbolçu daha 9,5 il İngiltərə klubunda çıxış edəcək.

Yeni müqavilədə sərbəst qalma ilə bağlı bütün bəndlər çıxarılıb. 24 yaşlı forvard klubda ən yüksək maaş alan oyunçu olacaq. Ümumiyyətlə, bu, futbol tarixində ən bahalı anlaşmalardan biri sayılır.

Holand bu mövsüm bütün turnirlərdə 28 oyunda meydana çıxıb və 21 qol vurub. “Transfermarkt” onun dəyərini 200 miıyon avro qiymətləndirir.

Bənzər xəbərlər