“Mançester Siti” müdafiəçisini icarəyə verdi
“Mançester Siti”nin mərkəz müdafiəçisi Viktor Reis icarə əsasında “Jirona”da çıxış edəcək.
Msport.az xəbər verir ki, 19 yaşlı futbolçu 2025-26 mövsümünün sonuna qədər La Liqada top qovacaq.
Qeyd edək ki, Reisin “Mançester Siti” ilə müqaviləsinin müddəti 2029-cu ildə başa çatacaq.