featured-image-25457

“Bayern Münhen”in idman direktoru Hasan Salihamiciç Çempionlar Liqasının 1\4 final mərhələsinin püşkünü dəyərləndirib. Msport.az xəbər verir ki, Almaniya klubu növbəti mərhələdə “Mançester Siti” ilə qarşılaşacaq:

“Yaxşı komandalara qarşı oynamaq xoşuma gəlir. Bu top-püşkdür. Məncə, “Mançester Siti” mümkün rəqiblər arasında ən güclüsüdür. Bizim üçün növbəti final. PSJ-dən sonra daha bir keyfiyyətli komanda.

Haaland dünyanın ən yaxşı hücumçularından biridir. Lakin biz PSJ-yə qarşı çox yaxşı müdafiə olunmuşduq. “Mançester Siti” – “Bayern” 1\4 finalın ən maraqlı cütlüyüdür. Səbirsizliklə oyunu gözləyirəm”.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər