featured-image-21444

“Mançester Siti”nin 5 aparıcı futbolçusu yayda klubu tərk edə bilər. Msport.az xəbər verir ki, bu iddia ilə jurnalist Xose Alvares Qaya çıxış edib. Siyahıya İlkay Gündoğan, Bernardu Silva, Kayl Uolker, Joau Kanselu və Emerik Laport daxildir.

İlkayın yayda “Siti” ilə müqaviləsinin müddəti başa çatır. Klub anlaşmanı artırmaq istəsə də, Gündoğan getmək niyyətindədir. Hətta bir müddət əvvəl onun “Barselona” ilə ilkin müqavləyə imza atdığı barədə də xəbər yayılmışdı.

Bernardu Silva da xeyli vaxtdır ki, klubunu dəyişmək istəyir. Futbolçu ilə “Barsa”, “Real” və PSJ maraqlanırdı. Silva hələ ki “Siti”nin təklif etdiyi yeni müqavilədən boyun qaçırır.

Kanselunun Qvardiola və məşqçilər korpusu ilə münasibətləri gərgindir və komandadan getmək barədə düşünür.

Laport da 2023-cü ilin yayında İngiltərəni tərk etməyi arzulayır.

ANAR ABDULLAYEV 

 

Bənzər xəbərlər