featured-image-20354

İngiltərə Liqa Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

Msport.az xəbər verir ki, bu gün daha 2 qarşılaşma baş tutub.

“Nottingem Forest” “Vulverhempton”u penaltilər seriyasında üstələyib. “Sauthempton” isə “Mançester Siti”ni 2 cavabsız qolla yenərək böyük sürprizə imza atıb.

Daha öncə “Mançester Yunayted” və “Nyukasl” komandaları da yarımfinala yüksəlmişdilər.

İngiltərə Liqa Kuboku
1/4 final

10 yanvar

Mançester Yunayted – Çarlton 3:0
Qol: Antoni, 21. Reşford, 90; 90+4

Nyukasl – Lester Siti 2:0
Qol: Bern, 60. Joelinton, 72.

11 yanvar

Nottingem Forest – Vulverhempton 1:1 (penaltilər 4:3)
Qol: Boli, 18 – R.Ximenes, 64.

Sauthempton – Mançester Siti 2:0
Qol: Mara, 23. Djenepo, 28.

Bənzər xəbərlər