featured-image-27975

“Mançester Siti” ardıcıl 10-cu qələbəsini qazanıb. Msport.az xəbər verir ki, “şəhərlilər” İngiltərə Premyer Liqasının 31-ci turunda “Lester”i 3:1 hesabı ilə məğlub edib.

Pep Qvardiolanın komandası sonuncu dəfə fevralın 22-də “Leyptsiq”lə Çempionlar Liqasının matçında qalib gələ bilməyib – 1:1. Həmin vaxtdan bu yana “Mançester Siti” 10 qələbə qazanıb. “Siti” bu görüşlərdə rəqib qapılarından 37 top keçirib və cəmi 4 qol buraxıb.

“Mançester Siti” növbəti oyununu aprelin 19-da səfərdə Çempionlar Liqasının 1\4 finalında “Bayern Münhen”ə qarşı keçirəcək.

ANAR ABDULLAYEV  

Bənzər xəbərlər