featured-image-22324

İngiltərə Premyer Liqası “Mançester Siti” klubunu çoxsaylı maliyyə pozuntularında ittiham edib.

Msport.az xəbər verir ki, bu barədə “The Times”in jurnalisti Martin Ziqler məlumat yayıb.

“Şəhərlilər” 2018-2019-cu illər ərzində maliyyə “fair play”ni pozmaqda ittiham olunurlar. Əgər ittihamlar sübut olunarsa, “Mançester Siti”ni bir sıra sanksiyalar gözləyir. Klubun hesabından xal silinməsindən tutmuş Premyer Liqadan uzaqlaşdırılmağa kimi.

2009-cu ildən “Mançester Siti” 6 dəfə İngiltərə çempionu olub.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər