“Mançester Siti”nin futbolçuları komandada qalır
“Mançester Siti”nin futbolçuları Edersen və Ştefan Orteqa Morenonun taleyinə aydınlıq gəlib.
Msport.az xəbər verir ki, bunu İngiltərə klubunun baş məşqçisi Pep Qvardiola açıqlayıb.
İspaniyalı mütəxəssis qeyd edib ki, qapıçıların ikisi də komandada qalacaq: “Sevinclə bildirirəm ki, Edersonla Orteqa bizimlə qalacaq. Buna çox şadam. Ederson Superkubok matçına da start heyətində çıxacaq”.
Qeyd edək ki, bu gün “Uembli”də keçiriləcək Superkubok matçında “Mançester Siti”nin rəqibi “Mançester Yunayted” olacaq.