featured-image-44287

XXI əsrdə ən çox oyunda 5 və ya daha çox qol vuranların siyahısı açıqlanıb.

Msport.az xəbər verir ki, İFFHS-in cədvəlinə buna ən azı 2 dəfə nail olan futbolçular düşüb.

“Mançester Siti”nin hücumçusu Erlinq Holann karyerasında ikinci penta-trikə imza atmaqla siyahıya daxil olub. XXI əsrdə 10 futbolçu ən azı iki dəfə 5 və ya daha çox qola sevinib.

Haland Lionel Messi və Kriştiano Ronalduya çatıb. Rekord Ali Aşfaqa məxsusdur. Maldivli futbolçu 8 görüşdə ən azı 5 qol vurub.

Qeyd edək ki, eyni sayda matçda “5+”a sevinənlər bu oyunlardakı qol sayı və həmin görüşlərin statusuna görə sıralanıb.

1. Ali Aşfaq (Maldiv) – 8

2. Mark Lloyd Uilyams (Uels) – 5

3. Maksim Qruznov (Estoniya) – 4

4. Qreq Draper (Yeni Zelandiya) – 3

5. Lionel Messi (Argentina) – 2

6. Arçi Tompson (Avstraliya) – 2

7. Erlinq Halann (Norveç) – 2

8. Kriştiano Ronaldu (Portuqaliya) – 2

9. Bağdad Bunedja (Əlcəzair) – 2

10. Qarban Kouqhlan (İrlandiya) – 2

Bənzər xəbərlər