featured-image-44228

İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Cek Qriliş zədələnib.

Msport.az xəbər verir ki, yarımmüdafiəçi “Luton Taun”a 6:2 hesabı ilə qalib gəldikləri ölkə kubokunun 1/8 final mərhələsinin oyununda qasıq nahiyəsindən xəsarət alıb.

“Şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola oyunçu haqqında mətbuat konfrasında fikirlərini bölüşüb: “Həkimlə danışmamışam. Daha əvvəl özünü yaxşı hiss edirdi. Amma təəssüf ki, zədələndi. Bu, onun üçün çətin mövsümdür. Qriliş sağalmalıdır”

Qeyd edək ki, Cek Qriliş cari mövsüm bütün turnirlərdə 27 matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər