“Mançester Siti”nin izlədiyi yarımmüdafiəçi
“Nottingem Forest”in yarımmüdafiəçisi Morqan Gibbs-Uayt “Mançester Siti”nin diqqətini cəlb edib.
Msport.az xəbər verir ki, “şəhərlilər” hələ ötən ildən 25 yaşlı futbolçunun çıxışını bəyənir.
Mançester təmsilçisinin nümayəndələri Gibbs-Uaytı izləməyə davam edir. O, klubun yay transfer dövrü üçün mümkün keçid hədəfləri siyahısına daxil edilib.
Qeyd edək ki, Morqan Gibbs-Uaytın “Nottingem Forest”lə müqaviləsi 2027-ci ilin yayına qədərdir.