featured-image-24694

“Mançester Siti”nin və İngiltərə millisinin müdafiəçisi Kayl Uolker böyük qalmaqala səbəb olub.

Msport.az “The Sun”a istinadən xəbər verir ki, futbolçu içkili vəziyyətdə barda tumanını aşağı çəkərək xanlmlara sataşıb, onların bəzilərinə  əl atıb.

Mənbənin sözlərinə görə, Uolker sərxoş halda yerli barlardan birinə daxil olub. Futbolçu dostları və bir neçə qadınla birgə əyləşib. O, barda təxminən 1,5 saat qalıb. Həmin müddət ərzində şortikini bir neçə dəfə aşağı çəkib və qızlarla tanış olmağa cəhd göstərib. 32 yaşlı oyunçu qızlara əl atıb, gecə klubunda seksual rəqslər edib.

“Mançester Siti”nin üzvünə ictimai asayişi pozduğu üçün inzibati iş açıla bilər.

Qeyd edək ki, Uolker evlidir və 4 uşağı var.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər