featured-image-44547

“Mançester Siti”nin rəhbərliyi ilşə komandanın ehtiyat qapıçısı Ştefan Orteqa arasında müqavilənin uzadılması ilə bağlı danışıqlar dalana dirənib.

Msport.az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq sosial şəbəkə hesabında bildirib.

Tərəflər 31 yaşlı qolkiperin maaşı ilə bağlı razılığa gələ bilmirlər.

“Şəhərlilər”in baş məşqçisi Pep Qvardiola oyunçunun keyfiyyətlərini yüksək qiymətləndirir və onu klubda saxlamaq istəyir. Almaniyalı futbolçu ilə “Anderlext” maraqlanır.

Qeyd edək ki, qapıçının hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.

Bənzər xəbərlər