featured-image-16018

“Mançester Siti”nin start heyəti Avropanın Top-5 liqalarında ən bahalıdır.

Msport.az xəbər verir ki, “CIES Football Observatory”nin araşdırmasına əsasən bu, müəyyənləşib. Araşdırma klubların start heyətində meydana çıxan futbolçulara nə qədər xərclədiyi əsasında aparılıb.

“Siti”nin 11 oyunçusunun ortalama qiyməti 605 milyon avro edir. “Şəhərlilər”  start heyətindəki futbolçuların alışına bu qədər pul xərcləyiblər.

“Mançester Siti”nin “Brayton”la oyun (3:1) zamanı  ən bahalı heyəti meydana çıxıb – 726 milyon avro.

Top-5 liqada olan start heyəti ən yüksək ödəmişli futbolçulardan ibarət klublar:

  1. “Mançester Siti”  –  605 milyon avro
  2. PSJ  – 510 milyon
  3. “Mançester Yunayted” – 480 milyon
  4. “Liverpul” – 409 milyon
  5. “Çelsi” – 393 milyon
  6. “Arsenal” – 382 milyon
  7. “Real” – 370 milyon
  8. “Barselona” – 334 milyon
  9. “Yuventus” – 300 milyon
  10. “Bayern Münhen” – 294 milyon

Bənzər xəbərlər