featured-image-48080

İngiltərənin “Mançester Siti” komandasının uğursuz seriyası başa çatıb.

Msport.az xəbər verir ki, hazırkı ölkə çempionu 2018-ci ildən sonra ilk dəfə səfərdə “Tottenhem”i məğlub edə bilib.

Pep Qvardiolanın baş məşqçisi olduğu kollektiv 34-cü turdan təxirə salınmış görüşündə 2:0 hesabı ilə qalib gəlib. Mançesterlilərin son səfər uğuru 2018-ci ilin aprelində qeydə alınmışdı. Həmin vaxt qonaqlar 3:1 hesablı qələbə qazanıb.

“Tottenhem” son 4 ev matçında qonaqlara xal da verməyib. “Mançeter Siti” bu görüşlərdə quru hesabla uduzub – 0:1, 0:1, 0:2, 0:2.

Qeyd edək ki, Premyer Liqanın sonuna bir tur qalmış Mançester təmsilçisinin 88, 2-ci olan “Arsenal”ın 86 xalı var.

Bənzər xəbərlər