featured-image-25460

“Mançester Siti”nin idman direktoru Çiki Beqiristayn Çempionlar Liqasının 1\4 final mərhələsinin püşkünü dəyərləndirib.

Msport.az “Marca”ya istinadən xəbər verir ki, o, komandasını “Bayern Münhen”lə mübarizədə favorit görür:

“Haaland bizi yaxşı edən hissələrdən biridir. Öz komandamızı favorit sayıram. Biz stabil komandayıq və pozitiv düşünürük.

Baxaq, görək, yarımfinala çıxa biləcəyikmi. Əgər vəsiqə qazansaq, “Çelsi” və “Real”ı mübarizədən kənarlaşdıra bilərik. Bu zaman Çempionlar Liqasını qazanmaq üçün yaxşı şans yaranacaq”.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər