featured-image-66408

“Mançester Siti” Premyer Liqa matçlarının vaxtında başlaması və davam etdirilməsi öhdəliyi ilə bağlı reqlamenti pozduğuna görə cərimələnib.

Msport.az xəbər verir ki, qayda pozuntuları 2024-25 mövsümündə 9 oyunda baş verib.

Bunlar “Sauthempton”, “Tottenhem”, “Nottingem Forest”, “Mançester Yunayted”, “Vest Hem”, “Nyukasl”la ev, “Kristal Pelas”, “Aston Villa” və “İpsviç”lə səfər görüşləridir. Maksimum gecikmə 2 dəqiqə 22 saniyə olub.

Cərimə ümumilikdə 1,08 milyon funt-sterlinq təşkil edib.

Bənzər xəbərlər