featured-image-16623

“Mançester Siti” qışda yeni futbolçu almayacaq.

Msport.az xəbər verir ki, bu barədə italyalı insayder Fabritsio Romano paylaşım edib. Onun sözlərinə görə, “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola bu barədə məlumat verib:

“Yanvarda heç kim almağı planlaşdırmırıq.  Bizim heyətimiz var”.

13 oyundan sonra “Siti” 32 xalla turnir cədvəlində 2-ci yeri tutur və lider “Arsenal”dan 2 xal geri qalır.

İngiltərə klubu Çempionlar Liqasının 1/8 final mərhələsində “Leyptsiq”lə üz-üzə gələcək.

Bənzər xəbərlər