“Mançester Siti” Qvardiol transferində razılıq əldə etdi
“Mançester Siti” və “Leypsiq” klubları Yosko Qvardiolun transferiylə bağlı razılığa gəlib.
Msport.az xəbər verir ki, hazırda transferin yekun detalları razılaşdırılır. Qvardiol bu həftə “şəhərlilər” üçün tibbi müayinədən keçəcək.
Transfer məbləğinin 90 milyon avro olacağı deyilir.
21 yaşlı müdafiəçi 2021-ci ilin yayında 18,8 milyon avroya “Dinamo Zaqreb”dən “Leypsiq”ə keçib. Xorvatiyalı futbolçu ötən mövsüm 41 oyun keçirib, 3 qol vurub.
Royal Türksoy







