featured-image-29369

İngiltərə millisinin sabiq üzvü Ueyn Runi əmindir ki, “Mançester Siti” “Real”ı məğlub edərək Çempionlar Liqasında finala yüksələcək.

Msport.az xəbər verir ki, “Mançester Yunayted”in əfsanəsi Pep Qvardiolanın komandasının indi çox güclü olduğunu bildirib:

“Mançester Siti” yarımfinalda “Real”ı sadəcə məğlub etməyəcək, həm də onları əzib keçəcək. Əlbəttə, mən də səhv edə bilərəm. Sadəcə  düşünürəm ki, “Siti” elə gücdədir ki, başqa səviyyədədir.

Mövsümün əvvəlindən hiss edirdim ki, Qvardiola nəhayət bu il Avropanı fəth edəcək. Bir il əvvəl “Real” eyni mərhələdə “Siti”ni mübarizədən kənarlaşdırmışdı. Amma indi hər şey fərqlidir. “Siti” müdafiədə daha yaxşı oynayır. Ən böyük dəyişiklik isə Erlin Haalandın gəlməsidir”.

ANAR ABDULLAYEV  

Bənzər xəbərlər