“Mançester Siti” “Real”ın yarımmüdafiəçisini istəyir
İspaniyanın “Real” klubunun futbolçusu Toni Kroos karyerasını İngiltərədə davam etdirə bilər.
Msport.az “Todofichajes” nəşrinə istinadən xəbər verir ki, “Mançester Siti” təcrübəli yarımmüdafiəçi ilə maraqlanır.
“Şəhərlilər” almaniyalı oyunçuya 15 milyon avro maaş təklif etməyə hazırdır. Kroos daha əvvəl baş məşqçi Xosep Qvardiola ilə “Bavariya”da birlikdə çalışıb.
Qeyd edək ki, o, cari mövsüm bütün turnirlərdə 19 matçda iştirak edib, 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.







