featured-image-54592

İngiltərənin “Mançester Siti” klubu “Mançester Yunayted”in Çempionlar Liqasındakı rekorduna yaxınlaşıb.

Msport.az “Squawka” nəşrinə istinadən xəbər verir ki, “şəhərlilər” buna Liqa mərhələsinin I turunda İtaliyanın “İnter” komandası ilə heç-heçə (0:0) etməklə nail olub.

İngiltərə çempionu Çempionlar Liqasında 24 oyundur ki, əsas vaxtda uduzmur. 2007-2008-ci illərdə “qırmızı şeytanlar” ardıcıl 25 görüşdə məğlub olmayıb.

Qeyd edək ki, “Mançester Siti” son olaraq ÇL-də əsas vaxtda İspaniya təmsilçisi “Real”a yenilib – 1:3.

Bənzər xəbərlər