“Mançester Siti” şokda – Bombardir 7 həftə oynamayacaq
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Erlinq Holannın zədədən sonra sağalma müddəti ilə bağlı açıqlama verib.
Msport.az xəbər verir ki, mütəxəssis norveçli forvardın 5-7 həftə oynamayacağını bildirib:
“Buna görə də, ümid edirəm ki, mövsümün sonuna və klublararası dünya çempionatına qədər o, hazır olacaq”.
Holann bu mövsüm “Mançester Siti”nin heyətində bütün turnirlərdə 40 oyun keçirib, 30 qol vurub və 4 məhsuldar ötürmə edib.