featured-image-59066

İngiltərənin “Mançester Siti” klubu növbəti iki transfer dönəmində beş və ya altı futbolçu transfer etmək niyyətindədir.

Msport.az xəbər verir ki, bu barədə “Daily Record” nəşri məlumat yayıb.

İddiaya görə, “şəhərlilər” komandanın hazırkı start heyətini yeniləməyi planlaşdırır.

Klub rəhbərliyi baş məşqçi Xosep Qvardiolaya böhranın öhdəsindən gəlməkdə kömək etmək istəyir. Həmçinin bir neçə oyunçunun satılacağı da gözlənilir.

Qeyd edək ki, “Mançester Siti” 17 turdan sonra 27 xalla Premyer Liqada 7-ci pillədə qərarlaşıb.

Bənzər xəbərlər