featured-image-33480

“Mançester Yunayted”in azarkeşləri klubu qiymət siyasətinə görə tənqid edib.

Msport.az xəbər verir ki, “qırmızı şeytanlar” Old Trafford turunu 36 funta satmaqla yanaşı, son mövsüm qazanılan İngiltərə Liqa Kubokuyla 4 fotoşəkil çəkdirmək üçün azarkeşlərdən 35 funt sterlinq tələb edir. İki fotoşəkilin qiyməti 25, birinin qiyməti isə 15 funt sterlinqdir.

“Mançester Yunayted”in əzəli rəqibi, son mövsüm trebl edən “Mançester Siti”nin stadion turu isə 28 funt sterlinq qiymətindədir. Həmçinin “şəhərlilər” Premyer Liqa, İngiltərə Kuboku və Çempionlar Liqası kuboklarıyla şəkil çəkdirmək istəyən azarkeşlərdən əlavə ödəniş tələb etmir.

Royal Türksoy

Bənzər xəbərlər