“Mançester Siti” Türk futbolçuya yeni müqavilə təklif edir
“Mançester Siti” İlkay Gündoğanla müqaviləni uzatmağa yaxındır. Msport.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.
34 yaşlı futbolçu ilə daha bir illik müqavilə imzalanacaq.
Almaniya millisinin türk əsilli oyunçusunun anlaşması bu mövsümün sonuna qədərdir.
Gündoğan “şəhərlilər”in sırasına ötən yay qayıdıb. O, ötən mövsümü “Barselona”da keçirmişdi. Yarımmüdafiəçi Kataloniya klubuna keçməmişdən öncə 2016-cı ildən “Siti”də olmuşdu. Təcrübəli futbolçu İngiltərə klubunun heyətində 342 oyunda meydana çıxıb və 62 qol vurub.