“Mançester Siti” Veyqa uğrunda mübarizəyə qoşulur
“Selta”nın yarımmüdafiəçisi Qabriel Veyqa karyerasını İngiltərədə davam etdirə bilər.
Msport.az xəbər verir ki, ispan futbolçu “Mançester Siti”nin hədəfindədir. Şəhərlilər Vest Hemdən Deklan Raysı transfer edə bilməsə, bütün diqqəti 21 yaşlı futbolçuya yönəldəcək.
Qabriellə “Arsenal” və “Çelsi” də maraqlanır.
Qeyd edək ki, Veyqa ötən mövsüm La Liqada keçirdiyi 36 oyunda, 11 qol vurub və 4 məhsuldar ötürmə edib.
Royal Türksoy







