featured-image-67836

“Mançester Siti” qapıçı transferini yekunlaşdırıb.

Msport.az xəbər verir ki, klub Ceyms Traffordun keçidini açıqlayıb.

22 yaşlı qolkiper “Bernli”dən transfer olunub. Traffordla 2030-cu ilin yayınadək müqavilə imzalanıb. Bu keçidin dəyəri 27 milyon funtdur (30,7 avro).

Qeyd edək ki, Ceyms ötən mövsümdə Çempionşipdə 45 matçda forma geyinib. O, bu oyunlardan 29-da qapısını toxunulmaz saxlayıb.

Bənzər xəbərlər