featured-image-61237

“Mançester Siti” Çempionlar Liqası üçün heyətində dəyişiklik edib.

Msport.az xəbər verir ki, “şəhərlilər” 3 yeni transferi iştirak ərizəsinə əlavə edib.

Belə ki, müdafiəçi Abdukodir Xusanov, həmçinin yarımmüdafiəçilər Niko Qonzales və Ömər Marmuş UEFA-ya sifariş olunub. Əvəzində komandadan ayrılan Kayl Uoker və Coş Uilson-Esbrand ərizədən kənarlaşdırılıb.

Digər yeni transferi Vitor Reis də sifariş olunmayıb. Çünki istənilən klub heyətdə yalnız 3 dəyişiklik edilə bilək.

Bu da o deməkdi ki, Xusanov, Qonzales və Marmuş Çempionlar Liqasının pley-off mərhələsində “Real”la matçlarda iştirak edə biləcək.

Bənzər xəbərlər