featured-image-49148

“Çelsi”, “Nyukasl” və “Aston Villa” “Mançester Siti”nin ortaq tərəf müqavilələri ilə bağlı iddiasını dəstəkləyiblər.

Msport.az xəbər verir ki, hər üç klub Premyer Liqanın hazırkı çempionunun iddialarını haqlı sayır.

“Mançester Siti” bu qaydaları Yaxın Şərq ölkələrinin nümayəndələrinə qarşı ayrı-seçkilik hesab edir. Səudiyyə Ərəbistanının investisiya fonduna məxsus “Nyukasl” və misirli milyarder Nassef Savirisin ortaq sahibi olduğu “Aston Villa” bununla razılaşır.

Ancaq “Mançester Yunayted”, “Arsenal”, “Tottenhem”, “Brayton”, “Fulhem” və “Vulverhempton” da daxil olmaqla 10-12 klub Premyer Liqaya dəstək verib.

Qeyd edək ki, Premyer Liqa fevralın 6-da “Mançester Siti”ni çoxsaylı maliyyə qaydalarını pozmaqda ittiham edib. Məlumata görə, klub 2009-10 mövsümündən 2017-18 mövsümünə kimi maliyyə feyr-pley qaydalarını pozub. “Şəhərlilər”in günahı sübut edilsə, klub xalların silinməsi də daxil olmaqla, bir sıra cəzalarla üzləşə bilər.

Bənzər xəbərlər