“Mançester Yunayted” 13 futbolçu ilə vidalaşır
İngiltərənin “Mançester Yunayted” klubu qarşıdakı iki transfer pəncərəsində 13 futbolçu ilə yollarını ayıra bilər.
Msport.az “Mirror”a istinadən xəbər verir ki, “qırmızı-şeytanlar”ın baş məşqçisi Erik ten Haq komandanın yenidən qurulmasını və siyahının təmizlənməsini davam etdirmək niyyətindədir.
Klubu tərk etməyə əsas namizədlər isə Ceydon Sanço, Meyson Qrinvud, Donni va de Bek və Antoni Marsyaldır.







