featured-image-28391

“Mançester Yunayted” yay transfer pəncərəsində bir sıra futbolçusuyla yollarını ayıra bilər.

Msport.az “The Times”a istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın baş məşqçisi Erik Ten Haq komandada “təmizlik işləri” aparmaq niyyətindədir. Mançester təmsilçisini David de Xea, Viktor Lindelöf, Aaron Van-Bissaka, Fil Cons, Brendon Uilyams, Aksel Tuanzebe (“Stok Siti”də icarədədi), Skot Maktominey, Fred, Donni van de Bek, Antoni Marsiyal, Antoni Elanqa, Aleks Telles (“Sevilya”da icarədədi), Erik Bayli (“Marsel”də icarədədi), Din Henderson (“Nottinqem Forest”də icarədədi) və kapitan Harri Maquayr tərk edə bilər.

Qeyd edək ki, Ten Haq MY-i ötən yaydan çalışdırır.

Royal Türksoy

Bənzər xəbərlər