“Mançester Yunayted” 18 yaşlı futbolçunun müqaviləsini uzadır
Alexandro Qarnaço “Mançester Yunayted”lə müqavilənin müddətini uzatmağa hazırlaşır.
Msport.az ESPN-ə istinadən xəbər verir ki, klub və yarımmüdafiəçi anlaşmanı 2028-ci ilə qədər artıracaq.
Tərəflərin bəzi xırda detalları dəqiqləşdirməsi qalır. Yeni müqaviləyə əsasən, futbolçunun əməkhaqqı da artırılacaq.
Yaxın günlərdə 18 yaşlı futbolçunun müqaviləsi ilə bağlı xəbər rəsmən açıqlanacaq.
Qarnaçonun hazırkı anlaşması 2024-cü ilə kimi nəzərdə tutulub.
AYXAN







