"Mançester Yunayted" 3 futbolçu ilə vidalaşdı - RƏSMİ
“Mançester Yunayted” 3 futbolçu ilə yollarını ayırdığını açıqlayıb. Msport.az xəbər verir ki, müdafiəçilər Viktor Lindelyof, Conni Evans və yarımmüdafiəçi Kristian Eriksen mövsümün sonunda komandanı tərk edəcək.
Klubun rəsmi saytında açıqlanan xəbərdə hər üç futbolçuy gələcək karyerasında uğurlar arzulanıb.
Qeyd edək ki, hər 3 oyunçu bu gün İngiltərə Premyer Liqasının 38-ci turu çərçivəsində “Aston Villa” ilə matçda (2:0) meydana çıxıblar.
Danimarkalı Erksen “qırmızı şeytanlar”ın 2-ci qolunun müəllifi olub.