“Mançester Yunayted” 500-ə çatan ilk komanda oldu
“Mançester Yunayted” İngiltərə Premyer Liqasında quru oyunların sayına görə 500 rəqəminə çatan ilk komanda olub.
Msport.az “Squawka” nəşrinə istinadən xəbər verir ki, ikinci yerdə “Çelsi” (476), üçüncü sırada isə “Liverpul” qərarlaşıb. Cari çempion “Mançester Siti” isə cəmi 351 oyunda qapısından qol buraxmayıb.
Qeyd edək ki, “qırmızı şeytanlar” 13 turdan sonra çempionatda 6-cı pillədə qərarlaşıblar. “Mançester Yunayted” sonuncu oyunda “Everton”u səfərdə üç cavabsız qolla üstələyib.







