featured-image-23918

“Mançester Yunayted” 2017-ci ildən sonra ilk dəfə titul qazanıb.

Msport.az xəbər verir ki. “qırmızı şeytanlar” İngiltərə liqa kubokunun finalında “Nyukasl” üzərində 2:0 hesabı ilə qələbə qazanıb.

“Uembli” stadionunda keçirilən matçda “Yunayted”in qollarını 33-cü dəqiqədə Kazemiro və 39-da isə Markus Reşford vurub.

Xatırladaq ki, “M.Y”  sonuncu dəfə 2017-ci ildə UEFA Avropa Liqasını qazanmışdı. Həmin vaxt İngiltərə klubu finalda “Ayaks”ı məğlub etmişdi – 2:0.

ANAR ABDULLAYEV 

 

Bənzər xəbərlər