“Mançester Yunayted” 80 milyona hücumçu ala bilər
İngiltərənin “Mançester Yunayted” klubu qış transfer dönəmində yeni hücumçu almaq istəyir.
Msport.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
“Qırmızı şeytanlar”ın əsas hədəfi “Sportinq”də çıxış edən Viktor Qyökereşdir.
“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim rəhbərlikdən isveçli forvardın transferini istəyib. Premyer Liqa nəhəngi 26 yaşlı hücumçu üçün qarşı tərəfə 80 milyon funt-sterlinq ödəməyə hazırdır.
Qeyd edək ki, “Sportinq” Viktor Qyökereşi ötən ilin yayında “Koventri”dən transfer edib. İsveç millisinin üzvü bu mövsüm Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 27 rəsmi matçda 27 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.