featured-image-64954

“Mançester Yunayted” çempionatdakı ev oyunlarında məğlubiyyət sayına görə antirekordu təkrarlayıb.

Msport.az xəbər verir ki, Ruben Amorimin yetirmələri Premyer Liqanın 36-cı turunda “Old Trafford”da “Vest Hem”ə 0:2 hesabı ilə uduzub.

Bu, “qırmızı şeytanlar”ın cari Premyer Liqa mövsümündə evdə aldığı 9-cu məğlubiyyətdir. Bu göstərici klubun 1930-31, 1933-34 və 1962-63 mövsümlərində qeydə alınmış ən pis nəticəsinə bərabərdir.

Qeyd edək ki, “Mançester Yunayted” hazırda 39 xalla 16-cı pillədə qərarlaşır.

Bənzər xəbərlər