“Mançester Yunayted” baş məşqçi ilə bağlı qərar verdi
“Mançester Yunayted” baş məşqçisi Ruben Amorimi istefaya göndərmək fikrində deyil.
Msport.az xəbər verir ki, klub 40 yaşlı portuqaliyalının oyun üslubunə uyğun futbolçular axtarmağa başlayıb.
Amorim 2024-cü ilin noyabrında “Mançester Yunayted”in baş məşqçisi təyin olunub. Onun rəhbərliyi altında komanda 39 oyun keçirib, 16 qələbə qazanıb, 8 dəfə heç-heçə edib və 15 matçda uduzub.
“Mançester Yunayted” Avropa Liqasının finalında “Tottenhem”lə qarşılaşacaq. Oyun mayın 21-də baş tutacaq.