featured-image-21050

“Borussiya Dortmund”un kapitanı Marko Royks karyerasını İngiltərədə davam etdirə bilər. Msport.az “Dailiy Express”ə istinadən xəbər verir ki, “Mançester Yunayted” 33 yaşlı futbolçuya maraq göstərir.

Mənbənin sözlərinə görə, “qırmızı şeytanlar”ın baş məşqçisi Erik ten Haq vingerin meneceri ilə görüşüb potensial əməkdaşlığın detallarını müzakirə ediblər. Roys cari mövsümün sonunda azad agent olacaq  və “Mançester Yunayted”ə havayı keçə bilər.

Almaniyalı oyunçunu Kriştiano Ronaldonun komandası “Əl Nəsr” də  öz heyətində görmək istəyir.

“Borussiya”nın yetirməsi olan Roys 2012-ci ildən bu klubda çıxış edir.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər