“Mançester Yunayted” braziliyalı futbolçunu göndərir
“Mançester Yunayted” futbolçusu Antoni ilə yollarını ayırmaq istəyir.
Msport.az “Mirror”a istinadən xəbər verir ki, klub rəhbərliyi qış transfer dönəmində 23 yaşlı vingeri satmaq və ya icarəyə vermək haqqında düşünür.
“Qırmızı-şeytanlar” braziliyalı oyunçunun çıxışından narazıdır. Onlar “Flamenqo”dan Qabriel Barbosanın heyətə cəlb etmək niyyətindədirlər.
Qeyd edək ki, 2022-ci ildən “Mançester Yunayted”də çıxış edən Antoni 55 oyunda 8 qol və üç məhsuldar ötürmə ilə yadda qalıb.