featured-image-24812

İngiltərənin “Mançester Yunayted” klubu 23 il sonra öz rekordunu yeniləyib.

Msport.az xəbər verir ki, “qırmızı şeytanlar” buna Avropa Liqasının 1/8 final mərhələsində İspaniyanın “Betis” komandasını 4:1 hesabı ilə məğlub etdikləri oyunda nail olub.

Mançester təmsilçisi ardıcıl 15 ev matçında 2 və daha çox qol vurmağı bacarıb. Klub tarixində 4-cü dəfə bu seriya gerçəkləşib. “Mançester Yunayted” son olaraq 2000-ci ildə bunu bacarmışdı.

Bu komandalar arasındakı cavab qarşılaşması martın 16-da İspaniyada baş tutacaq.

Bənzər xəbərlər