featured-image-19546

İngiltərənin “Mançester Yunayted” klubu baş məşqçi Erik ten Haqın rəhbərliyi altında son 5 ildə bacarmadığı nəticəyə imza atıb.

Msport.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 17-ci turunda “Nottingem Forrest”i 3:0 hesabı ilə yenən “qırmızı şeytanlar” 2017-ci ildən bəri ilk dəfə ardıcıl 6 ev oyununda qələbə qazanıb.

MY daha öncə “Old Trafford”da “Tottenhem”i (2:0), “Şerif”i (3:0), “Vest Hem”i (1:0), “Aston Villa”nı (4:2) və “Börnli”ni (2:0) üstələyib.

Xatırladaq ki, Mançester təmsilçisi 2017-ci ildə öz meydanında keçirdiyi ardıcıl 12 qarşılaşmada qələbə qazanmışdı.

Bənzər xəbərlər