featured-image-24213

İngiltərə Federasiya Kubokunun 1/8 final matçında “Vest Hem”lə qarşılaşan “Mançester Yunayted” bu oyundan 3:1 hesablı qələbə ilə ayrılıb.

Msport.az xəbər verir ki, bu, Erik ten Haqın çalışdırıdığı “qırmızı şeytanlar”ın cari mövsümdə bütün turnirlər çərçivəsində 30-cu qələbəsidir.

MY bu 30 qələbəni cari mövsümdə keçirdiyi 41 matçda qazanıb ki, bu da Aleks Ferqyuson dönəmindən bəri komandanın imza atdığı ən yaxşı nəticədir.

Yalnız 2006/07 və 2012/13 mövsümlərində Mançester təmsilçisi 30 qələbə həddinə daha tez, 40 görüşdə çata bilib. Həmin mövsümlərdə MY-nin baş məşqçisi əfsanəvi Ferqyuson olub və komanda hər iki mövsümü İngiltərə çempionu kimi başa vurub.

Bənzər xəbərlər