featured-image-39208

İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Kazemiro zədələnib.

Msport.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi “Nyukasl”a qarşı keçirdikləri Liqa Kuboku oyununda sıradan çıxıb.

Fasilədə əvəzlənən təcrübəli oyunçu şənbə günü “Fulhem”lə Premyer Liqa matçında iştirak etməyəcək.

Qeyd edək ki, qarşılaşma “Nyukasl”ın 3:0 hesablı qələbəsi ilə bitib.

Bənzər xəbərlər