“Mançester Yunayted” də onu istəyir
“Bavariya”nın müdafiəçisi Alfonso Deyvis karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Msport.az xəbər verir ki, “Real”ın transfer siyahısında yer alan kanadalı futbolçuya “Mançester Yunayted” də “elçi düşüb”. Bu barədə “Sky Sports” televiziyası məlumat yayıb.
“Qırmızı şeytanlar” 6 aylıq müqaviləsi qalan 23 yaşlı sol cinah müdafiəçisi üçün qışda Almaniya klubuna rəsmi təklif göndərəcək.
Qeyd edək ki, “Bavariya” Alfonso Deyvisi 2019-cu ilin yanvar ayında “Vankuver”dən transfer edib. Kanada millisinin üzvü bu mövsüm Münhen təmsilçisinin heyətində meydana çıxdığı 8 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.