“Mançester Yunayted”də şok itki – Dünya çempionu sıradan çıxdı
Uğursuzluq zolağından çıxa bilməyən “Mançester Yunayted” növbəti şok hadisə ilə sarsılıb.
Msport.az xəbər verir ki, komandanın aparıcı müdafiəçilərindən Lisandro Martines sıradan çıxıb.
“Kristal Pelas”la matçda (0:2) İsmayıla Sarrla top uğrunda mübarizə zamanı dizindən zədə alan 27 yaşlı futbolçu meydanı xərəkdə tərk edib. Dünya çempionu mövsümün qalan hissəsini buraxa bilər.
Martines bu mövsüm “Mançester Yunayted”in heyətində bütün turnirlərdə 32 matçda iki qol vurub və iki məhsuldar ötürmə edib.