Mançester Yunayted De Xeanın əvəzedicisini tapdı
“Mançester Yunayted” mövsümün sonunda David De Xeanın mümkün gedişini nəzərə alaraq qapıçı axtarışına çıxıb.
Msport.az xəbər verir ki, “qırmızı şeytanlar” əsas hədəf kimi “Yuventus”un qolkiperi Voycex Şesnını görür. Polşalı futbolçu mövsümün sonunda transfer təkliflərini dəyərləndirəcəyi gözlənilir.
Qeyd edək ki, Şesnı daha əvvəl İngiltərədə “Arsenal”ın şərəfini qoruyub.
Royal Türksoy







