featured-image-31795

“Milan”ın qapıçısı Mik Menyanla “Mançester Yunayted” maraqlanır.

Msport.az xəbər verir ki, “qırmızı şeytanlar” Menyanı klubdan ayrılacağı gözlənilən David De Xeanın əvəzinə transfer etmək istəyir. “Rossoneri”lər isə fransızla ayrılmaq istəmir. İtaliya təmsilçisinin rəhbərliyi Menyanı 100 milyon avrodan aşağı satmaq fikrində deyil.

Qeyd edək ki, Menyan 2021-ci ildə “Lill”dən “Milan”a keçib. O, son mövsüm ərzində 29 oyunda forma geyinib.

Royal Türksoy

Bənzər xəbərlər